sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Rövşən Əliyev: "Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir

2-12-2022, 10:30 162 dəfə baxılıb

İlham Əliyev “Qarabağ Azərbaycandır!” reallığını bütün dünyaya sübut etdi

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polkovnik Rövşən Əliyev - Qətiyyətli siyasəti ilə torpaqlarımızı işğaldan azad edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ermənistan (həyata keçirdiyi işğalçılıq siyasəti üzündən) istisna olmaqla digər qonşuları ilə münasibətlərini daim inkişaf etdirir, onlarla qarşılıqlı əməkdaşlığını dərinləşdirir. Bu əməkdaşlıq həm Azərbaycana, həm də regionun digər ölkələrinə siyasi, iqtisadi, mədəni və digər sahələrdə mühüm dividendlər qazandırır.
Prezident cənab İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd edib ki, “Biz bütün qonşularımızla sülh və dostluq münasibətləri istəyirik”.
Bu reallıqdır ki, qalib tərəf kimi Azərbaycan Vətən müharibəsində əldə edilən zəfərdən sonra bölgədə sülh və əməkdaşlığa nail olmaq üçün postmüharibə dövründə də sülh kontekstində regionla bağlı çətin geosiyasi maraqlar şəraitində diplomatik liderliyini davam etdirir. İşğaldan azad etdiyi torpaqlarla bağlı özü qərar verən Azərbaycan Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün addımlar atır. Cənubi Qafqaz regionunda mövcud mənzərəyə diqqət yetirdikdə bir daha aydın görünür ki, Azərbaycan qonşuları ilə, həmçinin coğrafi cəhətdən uzaq olan ölkələrlə yüksək səviyyəli dostluq münasibətlərini qoruyub saxlayır.
Müharibə və işğalın ağır nəticələrindən əziyyət çəkmiş bir ölkə olaraq Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün əlindən gələni edir. Prezident İlham Əliyev son zamanlar aparılan sülh danışıqlarına Fransanın müdaxilə etməsini faktlar əsasında ortaya qoydu və bildirdi ki, Ermənistan və onun havadarlarının istəyi sülh sazişinin imzalanması deyil, danışıqlar prosesinin uzanmasıdır: “Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”.
Təssüf ki, öz çirkin əməllərindən əl çəkmək istəməyən Ermənistan havadarları ilə birlikdə danışıqlar prosesinə əngəllər törədir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər ölkəmizə, haqqa, ədalətə qarşı çıxanlara layiqli cavabdır. Ölkə Prezidentimiz dəfələrlə bütün bu proseslərin sülh yolu ilə həllinə, bölgədə ədalətli sülhün olmasına çalışıb. Ölkə Başçımız beynəlxalq konfransdakı çıxışında da bildirib ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir: "Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da həmçinin bizim daxili siyasətimiz sayəsində əmələ gəlmişdir. Çünki güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər körpülərin və mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulması ilə yanaşı, bugünkü reallığa gətirib çıxarıb".
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən keçən 2 il ərzində Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, nəhəng infrastruktur layihələrinin həyata keçirilməsi dövlətimizin gücünün, Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.


Hər il Azərbaycan xalqı May ayının 18-ni Laçının işğal günü kimi qeyd edirdi. Bu gün artıq Laçın bizimdir, biz Laçına qayıtmışıq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi. Noyabrın 9-u artıq Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi.
Laçın rayonu Azərbaycanın tarixi abidələrlə zəngin, füsunkar təbiətə malik bölgələrindən biridir. Digər rayonlarımız kimi, Laçının da bütün tarixi abidələrini ermənilər vəhşicəsinə dağıdaraq talan ediblər. Beynəlxalq hüququ pozaraq burada məskunlaşdırma siyasəti həyata keçiriblər.
İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi işğalçılar tərəfindən talan və məhv edilib.
Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında böyük quruculuq və abadlıq işləri həyata keçirilir.
İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. 2025-ci ildə bu Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə birləşdirir. Burada aeroportun tikilməsi olduqca əhəmiyyətlidir və ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəyi ilə yanaşı, turizm potensialının artırılmasına da səbəb olacaq.
Tezliklə Laçın Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək və Laçınlılar o gözəl torpaqlarda yeni həyata başlayacaqlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO