sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Əlisəfa Məmmədov: Tarixi şansı dəyərləndirməlidirlər

14-09-2022, 08:00 208 dəfə baxılıb

Prezident İlham Əliyev: Heç kim bizi bu torpaqlardan tərpədə bilməz. Qarabağ  bizimdir! Qarabağ Azərbaycandır! - IMZA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlisəfa Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Misgər Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlisəfa Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
 


“Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq dövlət sərhədində genişmiqyaslı təxribatlar törətməsi bir daha göstərdiki, Ermənistan revanşist və terror siyasətindən əl çəkmək niyyətində deyil. Təxribatlar törətməklə vəziyyəti gərgin saxlamağa çalışan Ermənistan dövləti  regionda sülh və sabitliyin bərqərar olmasına təhdiddir.
Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmasına və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmasına baxmayaraq Azərbaycan tərəfi öz üzərinə götürdüyü bütün öhdəliklərə tam və vaxtında əməl edir, sülh və humanizm təşəbbüsləri ilə çıxış edir. Hər zaman humanizm  prinsiplərini rəhbər tutan Azərbaycan dövləti bir neçə gün bundan əvvəl 5 nəfər Ermənistan hərbçisini azad edərək qarşı qarşı tərəfə təhvil vermişdir. Bu bir daha ölkəmizin və Prezident İlham Əliyevin humanistliyinin bariz sübutudur”.

Bu fikirləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi, polkovnik-leytenant Əlisəfa Məmmədov deyib.

Dəfələrlə Şanlı Azərbaycan Ordusu sübut edib ki, qarşı tərəfin törətdiyi hər bir təxribatın qarşısı qüdrətli Azərbaycan Ordusu tərəfindən layiqincə alınacaqdır: “Ermənistan tərəfi və başıpozuq revanşist qüvvələr anlamalıdır ki, bu cür təxribatlar dalana dirənmiş, dərin böhran içində olan Ermənistanı daha da uçuruma sürükləyir. Əgər Ermənistan hakimiyyəti və Ermənistandakı revanşist qüvvələr  Erməni xalqının gələcəyini düşünürsə təxribatlar törədərək öz xain xislətlərini nümayiş etdirmək əvəzinə, Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirməlidir. Çünki bu Ermənistanın yeganə çıxış və xilas yoludur”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO