sonnoqte.az
Xəbər başlıqları
  • 15:11 – Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var” 
  • 16:00 – Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur... 
  • 09:18 – Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır 
  • 13:58 – İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib 

Ümidvarıq ki, Lerik RİH-nin başçısı bəzi vəzifə sahiblərini hüquqazidd əməllərdən çəkindirəcək

17-08-2022, 09:41 268 dəfə baxılıb



Artıq neçə illərdir ki, turizm sahəsinin inkişaf etdirilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Faktdır ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev, ilk vaxtlardan turizm potensialının əhəmiyyətini düzgün qiymətləndirdi və bu sahənin inkişaf etdirilməsi üçün, məhz kompleks tədbirlərin həyata keçirilməsi yöndə lazımi addımlarını da atdı. Bəli, Ulu Öndərin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası, çox keçmədi ki, ölkəmizin maliyyə imkanlarını getdikcə yaxşılaşdırdı və bu da nəticə etibarilə turizm sahəsində uğurlu islahatların həyata keçirilməsinə də öz təsirini göstərdi. Qeyd edək ki, 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” Qanun qəbul olunur və həmin ilin 27 iyulunda ulu öndər Heydər Əliyev, bu Qanununun tətbiq edilməsi haqqında Fərman imzalayır. Belə bir səbəbdəndir ki, hər il 27 sentyabrda “Turizm Günü” qeyd olunur. Bütün bunların qarşılığında müxtəlif tədbirlər, konfranslar, turizm sahəsinə aid müxtəlif məzmunlu layihələr həyata keçirilir ki, bu da bu sahənin inkişaf etdirilməsində olduqca böyük rol oynayır. Bəli, hal-hazırda Azərbaycanda turizm müasir həyat tərzinin və mədəniyyətin mühüm atributu, beynəlxalq əlaqələrin bir forması olaraq inkişaf etməkdədir.

Qeyd edək ki, zəngin yeraltı və yerüstü sərvətlərə, həmçinin əlverişli iqlim şəraitinə malik olmağımız, neçə illərdir ölkəmizdə turizmin inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradır. Bəli, aparılan çoxsaylı tədqiqatlar da sübut edir ki, turizm öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. Hal-hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindən biridir. Bir sözlə, zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycanda turizmin əksər növlərinin inkişafı üçün lazımi imkanlar mövcuddur.Faktdır ki, Prezident İlham Əliyev cənabları qeyri-neft sektorunun əsas prioritet istiqamətlərindən biri hesab olunan bu sahəyə, son illər xüsusi diqqətini artırmaqda davam edir. Belə bir səbəbdən də, ötən illər ərzində turizm sahəsində istər peşəkar kadrların hazırlanması, istərsə də peşə və ali təhsil müəssisələrinin inkişaf etdirilməsi istiqamətin də bir çox addımlar atılmışdır. Hal-hazırda bu sahədə Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kolleci fəaliyyət göstərməkdədir. Bundan əlavə, yayın ilk vaxtlarından Xaçmaz, Qəbələ, İsmayıllı, Şamaxı, Quba, Masallı, Lerik, Yardımlı, Gədəbəy və s. rayonların istirahət zonalarında istirahət edənlərin sayının artması, məhz Azərbaycan turizminə olan marağın göstəricisidir. Ölkəmizdə turizm sektorundan əldə olunan gəlirlər hər il artır ki, bu da nəticə etibarilə ümumi inkişafımıza, əhalinin maddi rifah-halının yaxşılaşdırılmasına, müxtəlifyönlü və səmərəli layihələrin reallaşmasına ciddi təsirini göstərir.

Bəli, bu gün daxili turizmin inkişaf etdirilməsi üçün əlverişli şəraitin olduğu ərazilərdən biri də, 1930-cu ilin avqust ayında təşkil olunan, ölkəmizin cənub-şərqində və Talış silsilə dağlarının əhatəsində yerləşən Lerik rayonudur. Qeyd edək ki, 25 iyul 2022-ci il tarixdə Azərbaycan RespublikasıPrezidentiİlhamƏliyev cənablarının imzaladığı Sərəncam əsasında, 1988-ci il təvəllüdlü Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayonİcra Hakimiyyətinə başçı təyin olundu. Bəli, cənab Əkbər Abbasovun rayon rəhbərliyinə təyinatı bütün leriklilərin, ələlxüsus bu rayonun ərazisində turizmin inkişaf etdirilməsində zəhməti olan bütün şəxslərin daha çox sevincinə səbəb oldu. Çünki, həmin şəxslər RİH başçısının gənc və enerjili, həmçinin zəngin potensiala malik olmasını bildiklərindən, onların yeni rəhbərlikdən gözləntiləri olduqca çoxdur. Bu da onu söyləməyə əsas verir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəsin cənab Başçıya böyük etibarı, hədsiz dərəcədə inamı var. Apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Lerik rayonu ərazisində “Təbəssüm”, “Xəyal”, “Meşəbəyi”, “Ağgöl”, “Paradis”, “Relax” və s. kimi istirahət mərkəzləri, neçə-neçə koteclər, istirahət evləri, əyləncə mərkəzləri, restoran və barlar, idman qurğuları, sanatoriyalar var. Bəli, bunların hər biri daxili turizmin inkişaf etdirilməsində, ələlxüsus Azərbaycanın dünyada daha yaxından tanıdılmasında, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində, xarici ölkələrdən turist axınının təmin olunmasında və s. çox böyük rol oynamaqdadırlar. Bütün bunlara baxmayaraq, son vaxtlara qədər Lerik rayonu ərazisində fəaliyyət göstərən belə obyekt sahiblərindən bəziləri, daha çox “Təbəssüm” istirahət mərkəzinin sahibi olmazın problemlərlə üz-üzə qalır ki, bunun da müxtəlif səbəbləri olur. Yəni, Lerikdə vəzifə sahibi olan bəzi şəxslər (hələ ki, müəyyən səbəblər üzündən ad çəkmirik) daşıdıqları vəzifələrinin imkanlarından sui-istifadə edib, bu obyektin sahibinə qarşı xoşagəlməz addımlarını atırlar. Əslində hər bir vəzifə sahibi daşıdığı vəzifəsinə görə addımını atmalı, ən azından özü öz hərəkətlərinə qiymət verməyi bacarmalıdır.

Ona görə də düşünürük ki, cənab Əkbər Abbasov ölkə rəhbərinin ona göstərdiyi etimadın əhəmiyyətini lazımınca qiymətləndirəcək və rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəsin, ələlxüsus “Təbəssüm” istirahət mərkəzinə rəhbərlik edən şəxsin üz-üzə qaldığı müəyyən problemin varlığını diqqətdə saxlayacaq. Bu təkcə redaksiya əməkdaşlarının deyil, daha çox əksər leriklilərin istəyidir. Ümidvarıq ki, Lerik RİH-nin başçısı rəhbər şəxs olaraq daşıdığı vəzifəsinin səlahiyyətindən lazımi səviyyədə istifadə edib, bəzi vəzifə sahiblərinin hüquqazidd əməllərinin qarşısını alacaq, yeri gəldikdə həmin şəxslərə “dur” deməyi də bacaracaq. Yəqin ki, o halda bu rayonun ərazisində daxili turizmin inkişaf etdirilməsi üçün daha əlverişli, daha münbit imkanlar yaranacaq.
Mövzunu diqqətdə saxlayacağıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO