“Kiyevin cinayətkar əmrlərini yerinə yetirməkdən imtina edən və silahı yerə qoyan bütün ukraynalı hərbçilər maneəsiz olaraq döyüş bölgəsini tərk edə biləcəklər”.
“TACC” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin hərbi əməliyyatın başlanmasına həsr olunmuş televiziya müraciətində deyib. O, çıxışında Ukrayna hərbçilərinə ayrıca müraciət edib.
“Əziz yoldaşlar! Atalarınız, babalarınız və ulu babalarınız ümumi vətənimizi müdafiə edərək faşistlərlə vuruşmayıblar ki, bugünkü neonasistlər Ukraynada hakimiyyəti ələ keçirsinlər", - Putin bildirib.
O vurğulayıb ki, Ukrayna hərbçiləri “Ukraynanı talayan və məhz bu xalqı ələ salan anti-xalq xuntasına yox” öz xalqına sədaqət andı içiblər.
“Cinayət əmrlərinə tabe olmayın! Sizi dərhal silahlarınızı yerə qoyaraq evə getməyə çağırıram. Bu tələbi yerinə yetirən Ukrayna ordusunun bütün hərbçiləri döyüş bölgəsini sərbəst tərk edib ailələrinin yanına qayıda biləcəklər", - Putin bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.