sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Paşinyan: "Rusiyanın sərhədlərlə bağlı bu 3 təklifini qəbul edirik"

18-11-2021, 14:30 149 dəfə baxılıb

Paşinyan: "Rusiyanın sərhədlərlə bağlı bu 3 təklifini qəbul edirik"


Rusiya Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı təkliflə çıxış edib.

Ölkə.Az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Dünən parlamentdə dedim ki, 2021-ci ilin may ayından etibarən Rusiya Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı üç təklif alıb və hər üç təklif bizim üçün məqbul olub. Dünən mənim bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya prosesinin hazırlıq mərhələsi ilə bağlı təkliflərlə çıxış edib”, - Paşinyan hökumətin iclasında deyib.

O qeyd edib ki, bu təkliflər məqbuldur və Ermənistanın müdafiə naziri Suren Papikyana Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə detalları dəqiqləşdirməyi tapşırıb və “biz bu təklifləri RF-nin təklifləri çərçivəsində və əsasında həyata keçirməyə çalışacağıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO