sonnoqte.az
Xəbər başlıqları
  • 13:51 – İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2 
  • 09:44 – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 
  • 09:30 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 09:08 – İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib 

Riçard Kirakosyan: “İkinci Qarabağ müharibəsi bölgədəki mənzərəni tamamilə dəyişdi”

13-11-2021, 09:17 178 dəfə baxılıb

Riçard Kirakosyan: “İkinci Qarabağ müharibəsi bölgədəki mənzərəni tamamilə dəyişdi”


“Ötən il baş verən İkinci Qarabağ müharibə regionun xəritəsini tamamilə dəyişdi və bu da Türkiyə-Ermənistan, münasibətlərinin normallaşması üçün böyük üstünlük yaratdı. Əvvəlki protokollardan fərqli olaraq Azərbaycan da artıq Ankara-İrəvan normallaşmanın əleyhinə deyil”.
“Bunu “Anadolu”ya açıqlamasında Regional Araşdırmala Mərkəzinin direktoru Riçard Kirakosyan  İkinci Qarabağ müharibəsinin nəticələrini və təsirlərini  şərh edərkən deyib.

Erməni ekspertin fikrincə, artıq Türkiyənin Ermənistanla normallaşmasında nəqliyyat, ticarət və infrastruktur kimi sahələrdə regionun bərpasında daha aktiv rol oynamaq üçün çox mühüm motivasiya var: “Bu həm də Rusiyanın bölgədəki təsirini balanslaşdırmağa imkan yaradar. Çünki Türkiyə bir çox aspektlərdə Rusiyaya qarşı mühüm alternativdir”.

O əlavə edib ki,  Ermənistanın baş naziri Nikol Paşinyan təkcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan deyil, həm də Azərbaycan Prezidenti İlham Əliyevdən daha müsbət mesajlar alır: “Yəni liderlər daha yaxşı bir mühitin formalaşması  çalışırlar. Xüsusən də kommunikasiyaların, sərhədlərin açılması, diplomatik münasibətlərin qurulmasını istəyirlər. Qarabağ müharibəsindən sonra normallaşma istiqamətində atılacaq  addımlar daha güclü  sülhə doğru atılmış bir addım olacaq”. 

Bölgədə reallaşacaq nəqliyyat dəhlizi, xüsusən də zəngəzur dəhlizi ilə bağlı məsələyə  toxunun Kirakosyan  deyib ki, bu qaçılmaz bir prosesdir. “Odur ki, Naxçıvanı dəmir yolu ilə birləşdirəcək sazişin yaxın vaxtlarda açıqlanmasının gözlənilir”.

Ekspert onu da əlavə edib ki, sadəcə siyasətçilər bundan öz məqsədləri üçün istifadə edib məsələni şişirdib, spekulyasiya etməyə çalışırlar: “Amma bir analitik kimi deyə bilərəm ki, burada heç bir real təhlükə və ya risk yoxdur. Məsələn, hətta Naxşıvanla əlaqə yartamaq istəyən Azərbaycan da Ermənistanın suverenliyini qəbul edir.  Odur ki, münasibətlərin normallaşması artıq “əgər” məsələsi deyil, “nə zaman” məsələsidir. Odur ki, mən gələn il  bu istiqamətdə konkret addımlaırn olmasını gözləyirəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO