sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa ləğv edildi

22-07-2021, 09:50 219 dəfə baxılıb

Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa ləğv edildi


Səudiyyə Ərəbistanında qadınlarla bağlı yeni qərar qüvvəyə minib.

“Xarici KİV xəbər verir ki, qərara görə, bu il ilk dəfə ailələrindən ya da qohumlarından hər hansı bir kişi sudiyyəli qadınları müşayiət etmədən Həc ibadətlərini yerinə yetirmələrinə icazə verilir.

Amma həmin qərarda qadınlarla bağlı əlavə şərt qoyulub. Belə ki, səudiyyəli qadınların Həc ziyarətinə tək yox, qrup şəklində getməsi mütləqdir.

Qeyd edək ki, pandemiyaya görə bu il Həc ziyarətinə yalnız Səudiyyə Ərəbistanda ölkə daxilindəki şəxslərin getməsinə icazə verilib. Məlumata görə, Həc ziyarətinə yollanan səudiyyəlilərin 40 faizi qadındır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanındas bu vaxta qədər qadınlarla bğalı bir çox qadağalar var idi. Son illərdə qadınlara avtomobil sürmək, efirdə diktorun qadın olması kimi bəzi qadağalar aradan qaldırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO