sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

ABŞ-da türk restoranına hücum edən ermənilər 15 il həbs oluna bilər

30-04-2021, 10:08 219 dəfə baxılıb

ABŞ-da türk restoranına hücum edən ermənilər 15 il həbs oluna bilər


Ötən il Kaliforniyanın Los-Anceles şəhərində bir türk restoranına edilən hücumda iştirak edən iki erməni əsilli ABŞ vətəndaşlarına qarşı məhkəmə prosesi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, 23 yaşlı Uilyam Stepanyan və 23 yaşlı Harutyun Qarri Çalikyana qarşı 6 ittiham irəli sürülüb.

Məhkəmənin rəyinə görə, Stepanyan 4 noyabr səhəri telefonundan “türkləri ovlamağı” planlaşdırdığına dair bir mesaj göndərib. Elə həmin gün o, Çalikyanla görüşüb.

Restorana hücumda iştirak edən müttəhimlərdən biri qonaqları bu sözlərlə hədələyib: “Səni öldürməyə gəldik, səni öldürəcəyik”.

Hücum nəticəsində bir neçə nəfər yaralanıb. Restorana 20.000 dollar ziyan dəyib. Bundan əlavə, restoran müvəqqəti olaraq bağlanmalı olub və bu da öz növbəsində böyük itkilərə səbəb olub.

Prokuror müttəhimlərə 15 il həbs cəzası verilməsini tələb edir.

Xatırladaq ki, Beverli Hillsdə yerləşən “İstanbul Cafe” restoranına hücum 4 noyabr axşamı baş verib. Hücumda 6-8 nəfərlik bir qrupun iştirak etdiyi bildirilir. Videogörüntülərdən cinayətkarların təxminən 20-30 yaşlarında olduğu görünür. Hücum zamanı cinayətkarlar mebel, avadanlıq və digər əşyalara ciddi ziyan vurublar.

Restoranın sahibi və işçiləri təcavüzkarların erməni dilində danışdıqlarını, onları öldürməklə hədələdiklərini və Türkiyə və Azərbaycan xalqlarına qarşı təhqiramiz ifadələr işlətdiklərini bildiriblər.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO