sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Paşinyan təcili Zəngəzura yola düşdü

21-04-2021, 09:24 257 dəfə baxılıb

Paşinyan təcili Zəngəzura yola düşdü


Ermənistan Baş naziri Nikol Paşinyan Sünik bölgəsinə (Zəngəzur-red.) gizli səfər edib.
Virtualaz.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilir ki, Paşinyanla yanaşı ABŞ-ın Ermənistandakı səfiri də Sünikdə olub.

"Nikol Paşinyan gözlənilmədən Sünikə gedib, gecə yarısı Qafana gələcək. Sünikdə bu ziyarət barədə heç kimə məlumat verilməyib. İnsanlar burada təşviş içindədirlər və fərqli fərziyyələr irəli sürürlər. Onlardan biri də Paşinyanın sərhəddə gecə saatlarında görüş keçirməyə hazırlaşmasıdır. Maraqlıdır ki, "təsadüf" nəticəsində prezident Armen Sərkisyan da artıq bir neçə gündür Sünikdədir. Dünəndən bəri isə ABŞ səfiri Linn Treysi Sünikə gəlib. O, dünən Sisianın meri ilə görüşüb və müharibədən sonrakı dövrdə buradakı insanların durumu ilə maraqlanıb. Sünikdə sakinlər belə hesab edirlər ki, Ermənistan rəhbərləri ilə ABŞ səfirinin eyni vaxtda bu həssas bölgədə peyda olması təsadüfi deyil. Onların bu ərazilərə gözlənilməz səfərlərinin arxasında hansısa arzuolunmaz maraqlar dayanır", - məlumatda qeyd olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO