sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Tiktok bu türk ölkəsində də əngəllənə bilər

24-04-2024, 08:25 10 dəfə baxılıb

Tiktok bu türk ölkəsində də əngəllənə bilər


Tiktok sosial şəbəkəsi Qazaxıstanda da əngəllənə bilər.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva parlamentdə çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələrdə dələduzluq və yalan məlumatların yayılması halları artıb:

“Bura narkotik maddələrin, pornoqrafik materialların yayılması, böyüklərin və uşaqların zorakılığı, ekstremist, dini materialların yayılması daxildir. Monitorinqlər göstərir ki, bu gün sosial şəbəkələrdə qanunsuz məzmunun sayı artır. Qlobal tendensiyaya baxdıqda isə bir çox ölkənin bəzi sosial şəbəkələri bloklamaq məcburiyyətində qaldığını görürsünüz. Tiktokla bağlı bu məsələni öyrənirik. Məncə, blok etmək lazımdır. Nazir kimi deyirəm ki, bu, nəzərdən keçirilməlidir, çünki uşaqlar baxır”.

Qeyd edək ki, Qırğızıstan da Tiktok sosial şəbəkəsinə girişi məhdudlaşdıracaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO