sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya

23-04-2024, 13:39 10 dəfə baxılıb



İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunan razılaşmaları təqdir edir.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib.

Onun sözlərinə görə, iki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı şəkildə hörmətlə yanaşmaq çərçivəsində dinc metodlarla sərhəd məsələlərinin həll olunması üçün səylərin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olunması istiqamətində zəruridir.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO