sonnoqte.az
Xəbər başlıqları
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 
  • 09:00 – Entoni Blinken Prezident İlham Əliyevə zəng edib 
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 08:25 – Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO 

Ərdoğan təcili kabinetini toplayır

16-04-2024, 09:08 6 dəfə baxılıb

Ərdoğan təcili kabinetini toplayır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan təxminən ay yarımlıq fasilədən sonra təcili olaraq kabinetini bu gün toplayacaq.

Bu iclas Türkiyədə keçirilən bələdiyyə seçkilərindən sonra ilk iclas olacaq.

Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək görüşün ən qaynar mövzusu İran-İsrail gərginliyi və Ankaranın Yaxın Şərqdəki proseslərə mövqeyinin ortaya qoyulmasıdır. 

İclasda İranın İsrailə qarşı addımından sonra bölgədə artan gərginliyi azaltmaq üçün həyata keçirilən diplomatik trafiklə bağlı qiymətləndirmə aparılacaq.

İclasda Yaxın Şərqdə artan gərginliklə yanaşı, ölkədə inflyasiya, bahalaşma, iqtisadi vəziyyət  və terrorla mübarizə kimi məsələlər də əsas müzakirə predmeti olacaq. 

İclasda eyni zamanda yaxın günlərdə Ərdoğanın İraqın paytaxtı Bağdada edəcəyi rəsmi səfərə hazırlıq məsələsi də müzakirə olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO