sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Avropanın 6 böyük ölkəsi Ukraynaya hərbi dəstəkdən imtina etdi - Politico

18-08-2022, 10:33 162 dəfə baxılıb

Avropanın 6 böyük ölkəsi Ukraynaya hərbi dəstəkdən imtina etdi - Politico


Avropa İttifaqının altı əsas ölkəsi fevral ayından bəri ilk dəfə Rusiyanın Ukraynayay  genişmiqyaslı  işğal əməliyyatı fonunda Kiyevə yeni hərbi öhdəliklərdən imtina edib. Bunu da hərbi yardımın azaldılması istiqamətində bir mesaj hesab etmək olar.

Bu barədə “Politico”  nəşri Kiel Dünya İqtisadiyyatı İnstitutunun (IfW) məlumatlarına istinadən yazır.
Təhlilçilər bildirir ki, hətta  Fransa və Almaniya kimi ölkələr yardım göstərməkdə acizlik çəkirlər. Bunun da  nəticəsində Kiyevin həlledici əks-hücuma başlayan zaman  silah tədarükü azala bilər.

Təşkilatın Ukraynaya dəstəyi monitorinq edən qrupun rəhbəri Kristof Trebeş deyib ki, aprelin sonundan Avropanın Ukraynaya hərbi yardımla bağlı öhdəliklərində azalma tendensiyası müşahidə edilməkdədir.

Keçən həftə Kopenhagendə keçirilən Qərb müttəfiqlərinin görüşündə bəyan edilmiş 1,5 milyard avroluq yeni öhdəliklərin məbləği əvvəlki rəqəmlərlə müqayisədə “çox kiçik”dir. 
 Onun sözlərinə görə, müharibə kritik mərhələyə daxil olsa da, yeni yardım təşəbbüsləri  yoxdur.

Latviyanın müdafiə naziri Artis Pabriks bu yaxınlarda Politico-ya bildirib ki, Fransa və Almaniya kimi ölkələr Ukrayna ilə Rusiyaya qarşı mübarizə aparmaq üçün daha çox iş görməlidir: “Əgər müharibənin mümkün qədər tez bitməsini istəyiriksə, onlar özlərinə sual verməlidirlər ki, onlar kifayət qədər işlər görürlərmi?” 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO