sonnoqte.az
Xəbər başlıqları
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 
  • 14:35 – Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində 
  • 10:58 – Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB 

Ermənistanda matəm elan olunacaq

16-08-2022, 09:26 143 dəfə baxılıb

Ermənistanda matəm elan olunacaq


“Surmalu” ticarət mərkəzində ölənlərin sayı 16 nəfərə çatıb. Ölənlər arasında uşaq və hamilə qadın da var.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
Məlumata görə, ölən 16 nəfərdən 10-nun şəxsiyyəti hələ müəyyən edilməyib. 
İrəvanın tibb məntəqələrinə 60 vətəndaş müraciət edib, onlardan 12-nin müalicəsi davam edir, qalan 48 nəfər isə müvafiq tibbi yardım göstərilərək evə buraxılıb.

Ermənistan hökuməti “Surmalu” ticarət mərkəzində baş vermiş faciəli partlayışla bağlı matəm günü elan edəcək.  Matəm gününün vaxtı xilasetmə işləri başa çatdıqdan sonra dəqiqləşdiriləcək.

Ticarət mərkəzində partlayış nəticəsində 18 nəfər hələ də itkin düşmüş hesab olunur.
Ticarət mərkəzində partlayış və yanğın baş verən yerdə axtarış-xilasetmə işləri davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO