sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

MİDA-nın son satış nəticələri bu halda ləğv edilə bilər

5-04-2022, 09:38 151 dəfə baxılıb

MİDA-nın son satış nəticələri bu halda ləğv edilə bilər


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) bir müddət əvvəl güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib. Satışdan öncə iddiaçıların onlayn satış prosesini test etməsi üçün bir ay ərzində DEMO versiya aktiv olub.

Sonuncu onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.

Əvvəlkilərdən fərqli olaraq satışın hətta 5 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.

Bəzi iddialara görə, xüsusi adamlar var ki, onlar evin kvadratından asılı olaraq 3-5-7 min civarında ödəniş alaraq, evləri istənilən adam üçün "tuta" bilir. Onlar "mənzil hakerləri" də adlandırılır.

Məlumata görə, "mənzil hakerləri"ni çox vaxt maklerlər tutur ki, evləri alıb bahasına satsınlar. Beləliklə sadə, imkansız vətəndaşlar sosial mənzil satışından kənar saxlanılırlar.

Hazırda insanlar satışların ləğv edilməsini istəyirlər.

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Rüfət Quliyev bildirib ki, ona da məsələ ilə bağlı çoxsaylı müraciətlət daxil olur.

O, MİDA rəsmilərinin məsələyə mütləq şəkildə aydınlıq gətirməli olduqlarını vurğulayıb.



“Mən hesab edirəm ki, jurnalistlər MİDA-nın rəhbərliyinə rəsmi müraciət etməlidir. Xahiş edilsin ki, o evlər kimə satılıbsa, o adamların adı, soyadı və tuduğu sosial status barədə, yəni alan müəllimdirmi, həkimdirmi, fəhlədirmi bu barədə məlumat verilsin. Hansı imtiyazlar var ki, bu adamlar o evləri alır? O məlumatlar toplandıqdan sonra üzərində işləmək lazımdır”.

Deputatın sözlərinə görə, bəlkə də həmin insanlar sosial evləri ehtiyacdan, haqlı olaraq qanuni alıblar:

“İndi nə demək olar satılıb, satılıb da. Bir fakt əldə yoxdur ki, düz satılmayıb. Hazırda əsaslı bir fakt yoxdur ki, satışları şübhə altına qoysun. Bunun üçün mütləq MİDA rəsmisinə müraciət olunmalıdır.  İstənilən məsələni araşdırmaq üçün bu formada başlamaq lazımdır. Yoxsa danış, tənqid et ki, 5 saniyəyə satılıb, bəlkə 5 dəqiqəyə satılıb. Kim bilir. Ona görə də, dediyim formada məsələyə yanaşma, ən məntiqli yanaşma olacaq. Hər şey aydınlaşdıqdan sonra, satışların ləğv edilib-edilməmə məsələsinə baxıla bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO