sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Maaşından hər ay pul tutulanlara şad xəbər - Bu xidmətlər göstəriləcək

8-02-2022, 10:44 155 dəfə baxılıb

Maaşından hər ay pul tutulanlara şad xəbər - Bu xidmətlər göstəriləcək


“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Agentlikdən bildirilib.

Qeyd olunub ki, həmin diaqnozların təcili tibbi yardım və təxirəsalınmaz yardım xidmətinin təşkili, ambulator tibbi xidmət üzrə ixtisaslı həkim müayinəsi, tibbi göstəriş əsasında instrumental müayinə və laborator analizlər, radioloji xidmətlər və s. həyata keçirilməsi Xidmətlər Zərfi ilə təminata alınıb.

Həmçinin stasionar tibbi xidmət üzrə şəkərli diabet xəstəliyi və onun ağırlaşmalarının da təminata alındığı bildirilib.

Nəzərə çatdırılıb ki, həmin proqramlar çərçivəsində sözügedən xəstəliklərlə bağlı ağırlaşmaların qarşısının alınması, xəstəliklərin profilaktikası sahəsində maarifləndirilmə, vətəndaşların dərman preparatları ilə təminatı və s. xidmətlər təminata alınacaq.

Qeyd edək ki, “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” və “Şəkərli diabet üzrə Dövlət Proqramı” fevral ayının sonuna qədər Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO