sonnoqte.az
Xəbər başlıqları
  • 10:54 – Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 

Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - YENİLƏNİB

19-01-2022, 11:20 187 dəfə baxılıb

Vilayət Eyvazov işdən çıxardığı generala yeni vəzifə verdi - YENİLƏNİB


Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda təqaüdə göndərilən general Səfər Əliyevin yeni vəzifəsi barədə açıqlama verib. 

DİN-dən bildirilib ki, general nazirlikdə mülki baş məsləhətçisi vəzifəsində xidməti davam etdirəcək.

***

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.

Lent.az verdiyi məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri  təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO