sonnoqte.az
Xəbər başlıqları
  • 12:09 – İlham Əliyevin Xankəndidə tələbələrlə görüşündən FOTOLAR 
  • 09:30 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 09:08 – İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib 
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 

İşğaldan azad olunan 3 rayona vəsait ayrılmadı - AÇIQLAMA

28-10-2021, 12:39 142 dəfə baxılıb

İşğaldan azad olunan 3 rayona vəsait ayrılmadı - AÇIQLAMA


“2022-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə əsasən, gələn il dövlət büdcəsindən cəmi 14 rayona vəsait ayrılacaq”.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, 52 rayon və şəhər gələn il dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək:

“İşğaldan azad olunun şəhər və rayonlarımızdan isə yalnız Şuşa, Füzuli və Qubadlı “özünü dolandıra” biləcək. Həmin rayonlarımıza mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılması nəzərdə tutulmayıb”.

“Özünü maliyyələşdirəcək rayonların sayının çox olması müsbət haldır. Bu dövlət büdcəsindən asılılığın aradan qaldırlmasına imkan yaradır. Bununla yanaşı, hazırda əsas hədəflərdən biri də iqtisadiyyatın balanslı inkişafının dəstəklənməsi və region ilə paytaxt arasındakı iqtisadi fərqin mərhələli şəkildə azaldılmasıdır. Bu baxımdan, yaxın gələcəkdə özünü maliyyələşdirən rayonların daha çox dəyər yaratması olduqca vacibdir”, - deyə deputat əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO