sonnoqte.az
Xəbər başlıqları
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:55 – Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam 

Azərbaycanda orta maaş 200 manatdan çox artacaq

15-09-2021, 16:00 274 dəfə baxılıb

Azərbaycanda orta maaş 200 manatdan çox artacaq


Azərbaycanda 2025-ci ildə orta aylıq əməkhaqqının 935 manat olacağı gözlənilir. 

“Rəsmi hesabatların proqnozlarında qeyd olunub.

Məlumata əsasən, 2021-ci il üçün orta aylıq əmək haqqı 742,8 manat, 2022-ci il üçün 794,5 manat, 2023-cü il üçün 838,3 manat, 2024-cü il üçün 883,8 manat olaraq proqnozlaşdırılıb.
Qeyd edək ki, 2021-ci ilin yanvar-iyul ayları üzrə orta aylıq nominal əmək haqqı 728,5 manat təşkil edir. Bu baxımdan orta maaşın ilin sonuna qədər 14,3 manat və ya 2% artacaq. 

Cari ilin iyul göstəricisi ilə müqayisədə 2022-ci ildə orta əməkhaqqının 66 manat və ya 9%, 2025-ci ildə isə 206,5 manat və ya 28% artacağı gözlənilir.

Bütün bunların fonunda əhalinin gəlirlərinin 2021-ci il üzrə 58,8 mlrd manat, 2022-ci ildə 63,4 mlrd manat, 2023-cü ildə 68,2 mlrd manat, 2024-cü ildə 72,7 mlrd manat, 2025-ci ildə isə 77,3 mlrd manat olacağı proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO