sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

“Bakı Metropoliteni”: “8 noyabr stansiyasında yenilik tətbiq edilib”

29-05-2021, 12:33 208 dəfə baxılıb

“Bakı Metropoliteni”: “8 noyabr stansiyasında yenilik tətbiq edilib”


“Bakı Metropoliteni” QSC-nin “8 noyabr” stansiyasında gərginlik təminatı ilə bağlı ilk dəfə yenilik tətbiq edilib.

Bunu qurumun sədr müavini Hidayət Məmmədov məlumat verib.

“Bu stansiyada 35 kV-luq yarımstansiya istifadəyə verilib, ərazi fasiləsiz elektrik enerji təminatı məqsədilə dörd ədəd güc generatorla təmin edilib. Stansiyanın ümumi uzunluğu keçid kamerası ilə birlikdə uzunluğu 363,5 metrdir. Bu da qatarların intensiv hərəkətini təmin edir. Stansiyanın platforması 7 vaqonluqdur. Qatarların idarəsi radiodalğalar vasitəsilə təmin edilir ki, bu da mərhələli şəkildə həyata keçirilir. Bu stansiyada da idarəetmə məhz bu sistemlə həyata keçiriləcək. Ümid edirik ki, mayın 31-dən istifadəsinə başlanılacaq “8 Noyabr” stansiyanın sərnişinlərin daşınmasında əhəmiyyətli rolu olacaq”, - deyə o, qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO