sonnoqte.az
Xəbər başlıqları
  • 22:07 – Prezidentin bir günü... - Fotolar 
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:22 – Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 

Peşəkar polis əməkdaşı daha məsul vəzifəyə təyin olundu

30-08-2023, 13:36 261 dəfə baxılıb

Vilayət Eyvazov bu iki hadisəyə görə polisləri mükafatlandırdı


     1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra siyasi sabitliyin qorunub saxlanılması, qanunsuz hərbi birləşmələrin ləğvi, dövlət strukturlarının formalaşması və işlək vəziyyətə gətirilməsi və s. kimi məsələ və problemlərin həlli qarşımızda duran əsas vəzifələrdən biri idi. Qeyd edək ki, dövlət müstəqilliyimizin əldə olunduğu ilk vaxtlarda dövlətimiz saysız-hesabsız təlatümlərlə, sarsıntılarla, qarşıdurmalarla, bir sözlə çox ciddi problemlərlə üz-üzə qalmışdı. Həmin illərdə Azərbaycan polisinin üzərinə həm şərəfli, həm də məsuliyyətli yük düşdü. Yəni, 1990-cı illərin əvvəllərində ümumi durum nə qədər çətin olsa da, polis əməkdaşları qətiyyətli iradələrini ortaya qoydular və  respublikamızı məhv olmaq təhlükəsindən birdəfəlik xilas etdilər. Artıq Azərbaycan polisi təkmil bir qüvvəyə çevrilib və bu gün istənilən problemin həllində, ələlxüsus dövlətçiliyimizə qarşı yönələ biləcək təhlükənin qarşısının alınmasında qətiyyətli addımlarını atmağı bacarır. Bundan əlavə, polis əməkdaşları bu gün həm dövlətimizin, həm də vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunmasında ən etibarlı qüvvə hesab olunurlar. Hal-hazırda respublikamızın hər bir ərazisində qayda-qanunun qorunub saxlanılmasında, cinayətkar qruplaşmalara qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində və digər addımların atılmasında polis  əməkdaşlarının müstəsna xidmətləri olur. Bu yöndə apardığımız ümumi müşahidələrdən də bəlli olur ki, hal-hazırda ölkəmizin hər bir ərazisində ictimai-siyasi sabitlik qorunub saxlanılır, vətəndaş polis münasibətləri tənzimlənir, hər kəsin şərəf və ləyaqətinə hörmətlə yanaşılr.

Son vaxtlar isə hər kəsdə, ələlxüsus sadə vətəndaşlarda daxili işlər orqanı əməkdaşlarına qarşı yeni inam hissinin baş qaldırması müşahidə olunmaqdadır. Buna əsas səbəb, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis  general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmiş Vilayət Süleyman oğlu Eyvazovun, 20 iyun 2019-cu il tarixdə ölkə rəhbərinin imzaladığı Sərəncam əsasında daxili işlər nazirinin birinci müavini vəzifəsindən azad olunması və onun Nazir vəzifəsinə təyin edilməsi oldu. Hər kəs canlı şəkildə şahiddir ki, bu gün daxili işlər nazir cənab Vilayət Eyvazovun rəhbərliyi altında Azərbaycan polisi getdikcə təkmilləşir və polis əməkdaşları hər kəsin həm güvənc, həm də inam yerinə çevrilir. Son vaxtlar bu sahədə həyata keçirilən islahatlar da onu göstərir ki, atılan addımların kökündə əsas amal, yalnız və yalnız xalqa, dövlətə sədaqətlə xidmət etmək durur.  

    Bir həqiqəti də qeyd edək ki, bu gün DİN-nin tabeli qurumlarında çoxsaylı polis əməkdaşları var ki, onların başlıca amalı dogma xalqına və dövlətinə vicdanla xidmət etməkdir, qanunun aliliyinin təmin olunmasında vətəndaş borcunu şərəflə yerinə yetirməkdir. Belə polis əməkdaşlarından biri də, Cəbrayıl Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin xidmət üzrə baş inspektoru vəzifəsini daşımış, polis baş leytenantı Məmmədov Amid Şahin oğludur. Qeyd edək ki, Amid Məmmədov bir neçə ildir ki, daxili işlər orqanlarında çalışır və o, hər zaman rəhbərliyin verdiyi əmr və tapşırıqları ən yüksək səviyyədə yerinə yetirdiyindən, bu şəxsin fəaliyyəti daim diqqət mərkəzində olur və rəhbərlik tərəfindən də lazımınca dəyərləndirilir. Bəli, polis baş leytenantı Amid Məmmədov bir qədər gənc olsa da, onun peşəkarlığa söykənən fəaliyyəti, məhz hər an bu şəxsə başucalığı gətirir. Belə bir səbəbdəndir ki, rəhbərlik Amid Məmmədovun ötən illər ərzindəki fəaliyyətini yüksək qiymətləndirdiyindən, onu daha məsul vəzifəyə- Cəbrayıl RPŞ-nin Müvəqqəti saxlama yerinin rəisi vəzifəsinə təyin edir. İnanırıq ki, Amid Məmmədovun daha məsul vəzifəyə təyin olunması, bundan sonra onun daha da məsuliyyətli olmasına, daşıdığı vəzifəsinin hər bir incəliyinə diqqətlə yanaşmasına, bir sözlə üzərinə düşən vəzifəsini daha şərəflə yerinə yetirməyə imkan verəcək. Biz də redaksiyamızın yaradıcı kollektivi adından hər zaman polis adını və şərəfini qoruyan, polis baş leytenantı Amid Məmmədova uğurlar diləyib, ona bundan sonrakı fəaliyyətində xalq-dövlət naminə yeni-yeni naliyyətlər əldə etməsini arzu edirik. Yaşasın Azərbaycan polisi!

 

Oqtay TALIBOĞLU, Sonnoqte.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO