sonnoqte.az
Xəbər başlıqları
  • 13:51 – İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2 
  • 09:44 – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 
  • 09:30 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 09:08 – İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib 

Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? - AÇIQLAMA

28-03-2023, 10:05 94 dəfə baxılıb

Nəzir qutularına nəzarət dövlət komitəsinə verilib? - AÇIQLAMA


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzir qutuları ilə bağlı yayılan məsələyə münasibət bildirib. 

Komitədən sorğusuna cavab olaraq bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 11 mart 2022-ci il tarixli Fərmanına əsasən dini qurumların ianə qəbul etməsi məsələsi “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinin 3-cü hissəsinə edilmiş dəyişiklikdə öz əksini tapıb:

“Belə ki, qanunun 18-ci maddəsinə görə, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər. 

Qanundan irəli gələn məsələləri tənzimləmək üçün qaydalar müvafiq qurumların nümayəndələrinin iştirakı ilə hazırlanır və proses başa çatdırıldıqdan, qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlərə nəzarət həyata keçirilmir”. 
Qeyd edək ki, ötən gün artıq məscidlərdəki nəzir qutularına nəzarəti Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin həyata keçirdiyi barədə məlumat yayılıb. Eyni zamanda, məscidlərdə və digər ibadət ocaqlarında maaşla çalışan işçilərin pullarının ödənmədiyi də əlavə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO