sonnoqte.az
Xəbər başlıqları
  • 11:11 – Prezident və oğlu Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edib 
  • 10:00 – Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür 
  • 11:02 – Prezidentdən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə ilə bağlı SƏRƏNCAM 
  • 15:55 – Sevindik Hətəmova yeni vəzifə verildi - Sərəncam 

Səbinə Salmanova Vətən Müharibəsində qəhramanlıq göstərmiş şəhid ailələri ilə görüşüb

26-08-2024, 14:29 19 dəfə baxılıb

Səbinə Salmanova Vətən Müharibəsində qəhramanlıq göstərmiş şəhid ailələri ilə görüşüb


45 saylı Sumqayıt  dördüncü seçki dairəsindən deputatlığa namizəd olan Səbinə Salmanova tariximizdə  hər zaman cəsur qəhrəmanlar kimi qalacaq şəhidlərimizin də evlərinə getmiş, onların doğmaları ilə birlikdə ruhlarını yad etmişdir. Əfsanəvi genaralımız, hər bir əsgərinin qayğısına qalan nümunəvi komandan, döyüşlər zamanı böyük qəhramanlıqlar göstərmiş, şəhidliyi ilə bütün xalqımızın, ordumuzun düşmən üzərində yeni döyüşlərə səfərbər edilməsində, ordumuzun qələbə əzminin xeyli yüksəlməsində böyük rol oynamış Polad Həşimovun, öz təəsübü, cəsarəti, qorxmazlığı, igidliyi ilə dillər əzbəri olan, hər bir döyüşçümüzə əlavə güc, qüvvət verən Mübariz İbrahimovun ailələrini ziyarət etmişdir. 
Səbinə Salmanova daha sonra torpaqlarımız uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərmiş, xalqımızın başını ucaldan, bizə qalib xalq adını qazandıran, birinci və ikinci Qarabağ müharibələrində şəhid olmuş, vətənimizin əziz övladları  Elçin Hüseynovun,  Təbriz Alməmmədovun, Surxay Məhərrəmovun əzizləri ilə görüşmüşdür.  
Səbinə Salmanova hər bir  şəhidimizin ailə üzvləri ilə ətraflı, səmimi söhbət etmiş, bu ailələrin hər birinin xalqımızın qürur yeri olduğunu, bütün insanlarımız üçün çox əziz olduğunu bildirmişdir. Hər zaman şəhid ailələrinə diqqət, qayğı  göstərməyi özünun, hər bir azərbaycanlının borcu hesab etdiyini demişdir. 
Bu unudulmaz qəhrəmanlarımızın doğma ailə üzvləri Səbinə Salmanovaya öz qayğılarından danışmış, ona gələcək fəaliyyətidə uğurlar arzulamışlar.





















Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO