sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

E.Süleymanov: “Heydər Əliyev Türk dünyasının nadir şəxsiyyətlərindən biridir”

11-10-2023, 13:06 41 dəfə baxılıb

E.Süleymanov: “Heydər Əliyev Türk dünyasının nadir şəxsiyyətlərindən biridir”


“Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Heydər Əliyevi başqa tarixi şəxsiyyətlərdən fərqləndirən başlıca xüsusiyyətlər onun qeyri-adi zəka realizminə, yüksək təşkilatçılıq bacarığına, hadisələri müşahidə və təhlil etmək sahəsində unikal qabiliyyətə malik olmasıdır. Heydər Əliyev dühasının şöhrəti bir xalq, bir ölkə, bir qitə çərçivəsinə sığmayıb, bütün dünyaya yayılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 34 illik siyasi və dövlətçilik fəaliyyəti dövründə Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyin möhkəmləndirilməsi, dünya birliyində layiqli yerini tutması üçün yorulmadan və əzmlə çalışmış və buna əsasən nail olmuşdur. Təsadüfi deyil ki, SSRİ rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: “Kremldə ucalan türk bayrağı”. Ümummilli liderin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə, əsasən, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. türk dünyasının qüvvələrinin birləşdirilməsi və birgə hərəkətinin təmin edilməsi, türk dünyasının beynəlxalq nüfuzunun daha da gücləndirilməsi və bunun üçün müstəqil türk dövlətlərinin imkanlarından istifadə edilməsi. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyə Cümhuriyyətinin rolunu həmişə yüksək qiymətləndirmişdir: ““Sovetlər İttifaqı dağılandan sonra, türkdilli respublikalar öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə Cümhuriyyətinin türk dünyası qarşısında ən böyük xidmətləri ondan ibarətdir ki, türkdilli dövlətlərin birliyi yarandı. Bu birlik bu gün də davam edir, türkdilli dövlətləri bir-birinə daha da yaxınlaşdırır, əməkdaşlığı daha da inkişaf etdirir, bizim müştərək tarixi köklərimizin birlikdə araşdırılmasına və onların aşkara çıxarılmasına, dünyaya göstərilməsinə çox kömək edir.”
Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyev isə “Biz bir millət, iki dövlətik” tezislərinə əsaslanmışdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “ Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı qısa vaxtda inkişaf edərək Azərbaycan-Türkiyə münasibətlərində strateji xarakterli müttəfiqliyə qədərki bütün istiqamətləri əhatə edən bir düstura çevrilmişdir. Biz İkinci Qarabağ müharibəsində "Bir millət, iki dövlət" prinsipinin nə qədər böyük əhəmiyyətə malik olduğunu əyani şəkildə görə bildik. "Bir millət, iki dövlət" düsturu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti Tayyib Ərdoğanın 15 iyun 2021-ci ildə işğaldan azad olunmuş Şuşa şəhərində imzaladıqları məşhur "Şuşa Bəyannaməsi" ilə dövlətlərarası münasibətlərin inkişafını tənzimləyən və istiqamətləndirən beynəlxalq əhəmiyyətə malik olan diplomatik hadisə səviyyəsinə yüksəldilmişdir.
Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Qazaxıstanda və Özbəkistanda baş verən gərgin hərbi-siyasi hadisələr zamanı Siyasi Büro səviyyəsində qazax və özbək xalqlarının mənafelərini müdafiə etməsi bütün tərəfləri ilə bir sırada həm də onun ortaq türk köklərinə bəslədiyi yüksək münasibətin ifadəsidir. Heydər Əliyevin türk xalqlarına münasibəti müasir dövrün hadisələrindən ortaq folklor abidələrinə qədərki geniş mənaları əhatə edir. Ulu öndər Özbəkistanda gedən prosesləri belə qiymətləndirir və bu qardaş ölkənin inkişafını Türk dünyasında mühüm amil hesab edirdi: “Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz, musiqimiz, dinimiz, adətlərimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə mənsubuq və onları, milli xüsusiyyətlərimizi, milli mənşəyimizi indi daha çox qiymətləndiririk. Bu, müstəqil, suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın da yer üzündə möhkəm durması və mövcud olması üçün onların müstəqillik və suverenliyini heç kimin poza bilməməsi üçün zəruridir.”

Eltun Süleymanov bildirib ki, “Heydər Əliyev Türk dünyasının ortaq dəyərlərinə xüsusi ehtiram bəsləyirdi. Qırğız xalqının qədim folklor abidəsi olan "Manas" dastanının 1000 illiyi münasibətilə 28 avqust 1995-ci ildə Qırğızıstanda keçirilən tədbirlərdə iştirak edərkən ifadə etdiyi aşağıdakı sözlər Heydər Əliyevin ortaq türk dəyərlərinə nə qədər dərindən bələd olduğunu və həmin dəyərlərə hansı mövqedən yanaşdığını əyani surətdə göstərir. "Manas" qırğız xalqının müdrikliyinin rəmzidir. "Manas"… bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir.
"Manas" eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi-mədəni sərvətidir. "Manas" bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır".
Görkəmli dövlət xadimi Heydər Əliyevin qazax xalqının böyük klassiki Abay Kunanbayevin yubileyi mərasimində türk xalqlarının inteqrasiyasına "Abayın, xalqlarımızın böyük övladlarının qoyub getdikləri irs zəminində" qiymət verməsi onun diqqəti qarşılıqlı əlaqələrdə ortaq tarixi keçmişlə müasir dövrdə birgə fəaliyyətin üzvi surətdə əlaqələndirilməsinin əhəmiyyətinə bəslədiyi inamın göstəricisidir: "Keçmişdən bizə irs qalan hər şeyin, böyük Abayın, xalqlarımızın böyük övladlarının qoyub getdikləri irs zəminində mədəniyyətimizi, elmimizi, iqtisadiyyatımızı inkişaf etdirmək və xalqımızı xoşbəxtliyə və firavanlığa çıxarmaq üçün irəliləyəcəyik".
“Hazırda türk dünyasının ortaq problemlərini istiqamətləndirmək, qarşılıqlı əməkdaşlıq, birlik və həmrəylik missiyasını nüfuzlu beynəlxalq təşkilatlar kimi fəaliyyət göstərən Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu və sair kimi qurumlar uğurla həyata keçirirlər. Bütün bunlar isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən arzularının həyata keçirilməsi deməkdir”-deyə müsahibimiz fikrini tamamlamışdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO