sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Prezident Qoşulmama Hərəkatının iclasında maraqlı məqamlara toxundu

4-03-2023, 12:14 101 dəfə baxılıb





Bildiyimiz kimi, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb. Burada 70-ə yaxın ölkə təmsil olunmaqdadır. Bu gün keçirilən görüşdə cənab Prezident İlham Əliyev bütün qonaqları qarşıladı və Qoşulmama Hərəkatının sədri olaraq öz çıxışını etdi. İlk öncə, Fransanın müstəmləkə siyasətini yerinə yetirməsi və müstəmləkə nəticəsində xalqlara qarşı həyata keçirdiyi soyqırıma dair üzr istəməsi tələb olundu. Bütün bunlarla yanaşı, BMT-nın Təhlükəsizlik Şurasının tərkibinə yenidən baxılması, Qoşulmama Hərəkatının sədrinin də burada təmsil edilməsinin vacibliyi vurğulandı. Bunlarla yanaşı, cənab Prezident diqqəti birbaşa olaraq koronavirusla mübarizəyə və bu hərəkatda Azərbaycan və Qoşulmama Hərəkatının ədalətli vaksin bölüşdürülməsinə çəkdi. Həmçinin, cənab Prezident mina təmizləməsindən Azərbaycanın çox böyük əziyyət çəkdiyini də vurğuladı. Azərbaycan torpaqları işğaldan azad olunsa da bu ərazilərin minadan təmizlənməsi hələ də tam olaraq mümkün olmayıb və ötən müddət ərzində bizim çoxlu sayda yaralı və şəhidimiz olduğu bildirildi. Bu baxımdan Prezident İlham Əliyev təklif etdi ki, BMT-nin Dayanıqlı İnkişaf Konsepsiyasına 19-cu bənd olaraq Minadan təmizləmə məsələsi də əlavə edilsin.
Qoşulmama Hərəkatının sədrliyi dönəmində Azərbaycan Qoşulmama Hərəkatını daha da aktiv və fəal bir təşkilata çevirə bildi. Bu təşkilata Azərbaycanın sədrliyi dönəmində yeni meyarlar formalaşdı. Məhs Qoşulmama Hərəkatında həm parlament şəbəkəsi, həm də gənclər şəbəkəsi yaradıldı ki, bu da növbəti dönəmdə sədrlik edəcək ölkələrə ötürüləcək. Mən düşünürəm ki, bu Qoşulmama Hərəkatının həyatında yeni bir yanaşmadır. Bütün bunların hamısını Azərbaycan cənab Prezidentimizin sədrliyi dönəmində edə bildi. Qoşulmama Hərəkatına Zirvə Görüşünün məhz Bakıda keçirilməsi də Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndiriləli, Azərbaycanın regional və qlobal məkanda artan nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir. Burada yaranmış yeni yanaşmalar, cənab Prezident İlham Əliyevin liderliyi ilə irəli sürülmüş təkliflərin həm BMT səviyyəsində, həm də Qoşulmama Hərəkatının digər ölkələrinin həmrəyliyi konteksində çox böyük uğur kimi qiymətləndirilməlidir. Bu Azərbaycanın uğurudur və biz regionda ədalətin, daimi sülhün əmin olmasına nail olacağıq.
Tamara Süleymanova-192 saylı uşaq bağçasının müdiri 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO